Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Allergiyanın neçə növü var – Həssaslıq dərəcəsi nədir

  • 2023.08.04 12:54
  • 2500 Baxış
Allergiyanın neçə növü var  – Həssaslıq dərəcəsi nədir

Allergiya müəyyən insanların orqanizminin kənardan zərərsiz görünən xarici zülal və maddələrə həddindən artıq verilən əks reaksiyasıdır.


“Medicina” xəbər verir ki, allergiya ilk təmasda baş vermir. Orqanizm ilk dəfə onu qıcıqlandıran maddəyə məruz qaldıqdaəı bu maddələrə qarşı təbii antikor molekulları ifraz edir.Bu proses immun cavab adlanır.

Lakin bədən yenidən eyni allergik maddəyə məruz qaldıqda, histaminə bənzər kimyəvi maddələr immun cavab prosesini çətinləşdirir. Nəticədə orqanizmdə allergiyanın təzahürlərinə rast gəlinir.Bu təzahürlər isə həssaslıq adlanır. Həssaslığın artması bir neçə gündən bir neçə ilə qədər davam edə bilər.

Allergiyanın simptomlarına aşağıdakılar daxildir:

• asqırıq
• nəfəs darlığı
• xırıltı
• axan burun və gözlər

• sinuslar üzərində ağrı (burun körpüsündə, göz yaxınlığında, yanaqlarda və alında)
• öskürək
• dəri səpgiləri (gicitkən və ya kurdeşen)
• dodaqların və ya üzün şişməsi

• gözlərin, qulaqların, dodaqların, boğazın və ağızın içinin qaşınması
• ürəkbulanma
• qusma
• qarın sancıları və ishal

Anafilaksiya

Allergik reaksiyanın ən ağır periodunda şəxs anafilaktik şok yaşayır.

Allergik reaksiya ciddi şəkildə həyat üçün təhlükə yarada bilər. Bu hadisə anafilaksiya və ya anafilaktik şok adlanır. Anafilaksiya bütün bədəni əhatə edir.

Anafilaksiya aşağıdakı simptomplarla özünü göstərir:

1. boğazın, ağzın şişməsi və tənəffüs yollarının tıxanması, tənəffüs çətinliyinə, danışma və ya udma çətinliyinə səbəb olur

2. bədənin müxtəlif yerlərində səpki və qaşınma

3. zəiflik və qan təzyiqinin qəfil düşməsi nəticəsində tez-tez huşsuzluqla birlikdə çökmə

Anafilaksiya zamanı xəstəyə təcili həkim köməyi gərəklidir.



Allergiyaların təsnifatı


Allergiya növləri allergiyaya səbəbı müəyyənləşdirmək və mümkün müalicə ilə qarşısının alınmasını göstərmək üçün təsnif edilir.


I tip yüksək həssaslıq

Bu, dərhal və ya anafilaktik tipli reaksiyalar kimi də tanınır. Buna səbəb polen, allergik qidalar,dərmanlar və həşərat sancması ola bilər.

II tip yüksək həssaslıq

Bu, immunoqlobulin G (IgG) və IgM adlı xüsusi antikorları əhatə edir. Bu zaman maddə antikorun bağlandığı hüceyrəyə bağlanır və onu məhvedir.Bu cür reaksiyaya orqan transplantasiyasından sonra orqanizm transplantasiya edilmiş orqanı özününkü kimi görməkdən imtina etdikdə rast gəlinir.

III tip yüksək həssaslıq

Bu, İ\immun sisteminin vasitəçiliyi ilə baş verən reaksiyadır. İmmun sistemi bir antikor və antigen ilə bağlıdır , allergik maddə yerli toxumaları məhv etməyə davam edən zaman bədəndə bir sıra reaksiyalara səbəb olur. Bu vəziyyətə misal olaraq glomerulonefrit və sistemik lupus eritematozu göstərmək olar.

IV tip yüksək həssaslıq

Gecikmiş və ya hüceyrə vasitəçiliyi ilə baş verən reaksiyalar T-hüceyrə limfositləri adlanan xüsusi immun hüceyrələri vasitəsilə həyata keçirilir. T hüceyrələrinin allergik reaksiya verməsi bir neçə saatdan bir neçə günə qədər davam edir. Nümunələrə zəhərli sarmaşıq səpgiləri kimi kontakt dermatitləri daxildir.

Tez-tez rast gəlinən allergiyalar

Adətən yüksək həssaslığı ifadə edən I tip allergiyalara tez-tez rast gəlinir. Buraya axan burun, gözlər və asqırma ilə xarakterizə olunan allergik rinit daxildir.

Onlar iki əsas kateqoriyaya bölünür. Mövsümi allergik rinit və çoxillik allergik rinit.
Mövsümi allergik rinit müəyyən fəsillərdə tozcuqlara məruz qalma ilə əlaqəli olsa da, çoxillik allergik rinit demək olar ki, bütün il boyu baş verir.

I tip reaksiyasının digər növləri qida və dərman allergiyası və böcək zəhərinin yaratdığı allergiyadır. Allergiyaya səbəb ola biləcək böcəklərə arılar,qarışqalar və s aiddir.
Allergik astma da I tip allergik reaksiyadır.


Xanım