Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Allergiyanın 7 qəribə simptomu – iqnor etməyin

  • 2023.04.11 18:13
  • 1449 Baxış
Allergiyanın 7 qəribə simptomu  – iqnor etməyin
Allergiyanın səbəb olduğu baş ağrısı, qəbizlik və hətta göz altındakı dairələr bilmədiyiniz əlamətlərdəndir.


“Medicina” xəbər verir ki, allergiya Avropada ən çox yayılmış xroniki xəstəlikdir. 2025-ci ilə qədər belə xəstələrin sayı 50%-ə qədər arta bilər.

Allergiyaların asanlıqla tanınması ilə bağlı bir stereotip var. Sulu gözlər, axan burun və səpkilər. Həqiqətən də bunlar ən çox görülən simptomlar olsa da digərləri də istisna deyil.

1. Baş ağrılarının onlarla səbəbi ola bilər. Narahatlığın təbiətinə görə başın allergiyaya görə ağrıdığını da güman etmək olar

Məsələn:
  • Ağrı burun sinuslarında lokallaşdırılır və burun üstünə yayılır.
  • Ağrı birtərəflidir (yalnız başın sol və ya sağ tərəfinə təsir edir), çırpıntılıdır Parlaq günəş işığı ilə ağırlaşa bilər və ürəkbulanma ilə müşayiət edilə bilər.

Belə hücumlar mütəmadi olaraq təkrarlanırsa, birbaşa allerqoloqla əlaqə saxlamaq lazımdır.

2. Qəbizlik - qida allergiyasının ən çox görülən simptomlarından biridir. Bu xüsusilə gənclərdə və uşaqlarda özünü göstərir.

Üç yaşından kiçik təxminən 9500 uşaq üzərində aparılan araşdırma, qəbizlik problemi olan körpələrin 73%-də inək südü zülalına qarşı allergiya diaqnozu qoyulub.

3. Daim yorğunluq hissi - əsasən bitki tozcuqlarına, ev heyvanlarının tüklərinə qarşı allergiya burun keçidlərində şişkinlik ilə müşayiət olunur. Ödem səbəbiylə, əhəmiyyətsiz və demək olar ki, görünməz olsa da ağciyərlərə oksigen paylanması pisləşir.

Burun vasitəsi ilə nəfəs almada çətinliklər səbəbi ilə insan yata bilmir. Nəticədə gecələr tez-tez ayılır, səhər isə natamam yuxudan oyanır. Gündən-günə də yorğunluq artır.

4. Yaddaş pozğunluqları - əsasən daimi yuxu çatışmazlığını nəzərə alsaq, konsentrasiya və yaddaşla bağlı problemlər ola bilər.

5. Çatlamış dodaqlar - buna səbəb adətən ağızdan nəfəs alma vərdişi dodaqların quruyaraq çatlamasına gətirib çıxardır.

6. Qarın ağrısı - əgər müntəzəm, yüngül qarın spazmaları ilə müşayət olunarsa, bu qida allergiyasının gözdən qaçırılan simptomudur.

7. Göz altındakı qara dairələr, sinuslarda allergik şişkinlik gözlər altındakı kiçik kapilyarlarda qanın durğunluğuna səbəb olur. Qan damarları genişlənir, qaralır və göz ətrafındakı ən nazik dərinin altında görünür.

Günay Quluzadə