Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Allergiyadan əziyyət çəkənlərə - Yeni çarə

  • 2023.03.30 14:42
  • 5164 Baxış
Allergiyadan əziyyət çəkənlərə   - Yeni çarə
Mövsümi allergiyalardan necə qorunaq?

Pollinoz (pollen)- latın sözü olub, çiçək tozu deməkdir. Pollinoz-bitki allergiyası dedikdə, bitki tozuna həssaslıq nəticəsində tənəffüs sisteminin, gözün selikli qişasının, həzm sisteminin, dəri və s.orqanların kəskin allergik iltihabı kimi mürəkkəb patoloji dəyişikliklər başa düşülür. Qədim tibbi kitablarda bu “ot qızdırması” kimi adlandırılmışdır.

Tozcuq hasil edən bitkilərin çox olmasına baxmayaraq , onların 50%-ə yaxını pollinozlara səbəb ola bilir. Pollinozun baş qaldırmasında tozcuğun çoxluğu, uçucu olması , güclü antigenliyə malik olması, küləyin, yağıntıların olması, havanın tozlu olması, əhalinin sıxlığı, stress, allergik irsiyyət, tozcuğun təmasda olduğu sistemlərin (məs.tənəffüs, mədə-bağırsaq sistemi və s.) baryer funksiyasının zəifləməsi və s. mühüm rol oynayır.


"Medicina" xəbər verir ki, pollinozlar üçün mövsümülük, xəstəliyin gedişinin dövrülüyü, xəstənin vəziyyətinə havanın təsiri mühüm rol oynayır. Bitkilərin tozcuğuna qarşı sensibilizasiya məktəbəqədər yaşdan tez olmayaraq başlanır və artıq məktəb yaşda allergik xəstəliklər arasında əsas yer tutur.

Pollinozların ən tipik təzahürü rinokonyuktival sindromdur: gözlərin və yuxarı tənəffüs yollarının eyni zamanda zədələnməsidir. Bu özünü gözlərdə qaşınma, göynəmə, yad cisim duyğusu, yaşaxma, işıqdan qorxma, gözlərin qızarması, ödemi ilə göstərir.

Konyuktivitlə yanaşı burun -udlaqda qaşınma, göynəmə, çoxlu şəffaf selikli ifrazat, əzabverici asqırma tutmaları , xırıltılı səs, qulaqların tutulması müşahidə edilir. Uşaqların bir qismində bu sindrom fonunda sonralar bronxial astma tutmaları başlayır. Bitkilərin çiçəklənmə dövründə belə uşaqlarda gündə bir neçə dəfə ağır boğulma tutmaları baş verir.

Pollinozlu uşaqlarda mədə-bağırsaq traktının zədələnməsi ola bilər. Bu zaman ishal, qusma, qarında sancışəkilli ağrılar olur. Belə xəstələrdə əlamətlərin baş verməsi nəinki bitkilərin tozcuğuna , həmçinin onların meyvələri və toxumlarına qarşı da həssaslığın artması ilə izah olunur. Məsələn, taxıl otlarının tozcuğuna allergiyası olan pasiyentlərdə buğdaya, qoz ağacına allergiyası olanlarda qoza, günəbaxan tozcuğuna allergiyası olanlarda onun toxumlarına qarşı allergiya müşahidə edilir. Buna çarpaz sensibilizasiya deyilir.


Pasiyentdə pollinozun əlamətlərini aradan qaldırmaq üçün tozcuqlarla kontaktı azaltmaq lazımdır.

• Səhərlər, quru və isti günlərdə havada tozcuq daha çox olduğu üçün, pasiyent yaxşı olar ki, havaya çıxmasın
• Səhərlər pəncərələrin açılması məsləhət görülmür
• Pasiyent həssas olduğu tozcuğun yüksək konsentrasiyası olan yerlərdən uzaqlaşmalıdır
• Tünd rəngli eynəkdən istifadə edilməlidir

• Maşının şüşələri kip bağlanmalıdır
• Tez-tez duş qəbul edilməlidir
• Pasiyent qohum allergen bitkilərin, qida məhsullarının və fitopreparatların siyahısını bilməlidir

Pasiyent allergiya əleyhinə Adrisin preparatından istifadə edə bilər.

• ADRISIN® çoxkomponentli və çoxhədəfli biotənzimləyici preparatdır.
• Almaniya istehsalı olan biotənzimləyici ADRISIN® preparatı allergiyaların həm profilaktika, həm müalicəsində geniş istifadə olunur.

Preparat qəbuluna potensial allergenlərin çiçəkləməsindən 4-6 həftə əvvəl başlamaq və bütün mövsüm dövrü davam edilməlidir.


Adi doza - gündə 3 dəfə 1 tablet - orqanizmi allergenlə kontakta hazırlamağa və daha sonra, yəni kontakt olduqa yaxşı dözməyə imkan verir. Allergiya əlamətləri artıq ortaya çıxmışsa, ilk iki gündə Adrisin® hər 1 saatdan bir - 1 tablet, yəni gündə 12 tablet qəbul edilir, sonra adi dozaya keçilir.


Aygün Musayeva