Allergiyası olan insanlar evlərindəki bəzi əşyalardan xilas olmalıdırlar.
“Medicina” xəbər verir ki, allerqoloq Vera Serejina allergiya yaradan əşyaları sadalayıb.
“Allergiyası olan insan evdə ağır pərdələr, xalça və yun əşyaları yığışdırmalıdır. Kondinsionerə küçədən gələn havanı filtrə edən filtrasiya qoşmalıdır.
Toz yığan mebel, divan kreslo, pərdələr, kavrolit olmamalıdır. Hər gün nəm təmizləmə aparılmalıdır, evdə kondinsioner olmalıdır.
Pəncərələri küçəyə açmayın.
Eləcə də küçədə, şəhərdə səhər 7-dən nahara kimi olmaq təxirə salınmalıdır, çünki bu saatlarda havada toz konsentrasiyası ən yüksək həddədir.
Tozlanma vaxtı parklardan və allergiyaya səbəb olan bitkilərdən uzaq durmaq lazımdır.
Çox günəşli və küləkli havada da allergik tutmalar artır. Küçədə tibbi maska taxın.
Evə daxil olan kimi burun yuyulmalı, duş almalısız. Allergik insanın geyimi gəldikdən sonra dərhal yuyulmalı və ya süngərlə təmizlənməlidir”.
Aygün Musayeva