İngiltərədə Oksford Universiteti spirtli içkilərin beyinə təsiri ilə bağlı araşdırma aparıb.
Medicina.az xəbər verir ki, 25 mindən çox insanın qatıldığı araşdırmaya görə, qədərindən asılı olmayaraq alkoqol istifadəsi beyinə mənfi təsir edir. Yəni bir insan nə qədər çox alkoqol istifadə edirsə, beyni o qədər pis vəziyyətdə olacaq.
İçki növündə fərq yoxdur: Şərab sağlamlığa faydalı deyil
Həmçinin, alkoqolun növü də bu çalışmalarda araşdırılıb.
Bəzən şərabın faydalı olduğunu deyirlər, amma halbuki belə deyil. Oksford araşdırmasında alkoqollu içkilərin beyinə hansısa müsbət fərqlilik yaratmasına aid bir nəticəyə rastlanılmadı.