Fransa Central Hospitalın həkimləri bildirir ki, kişilərdə erkən yaşda alında qırışların sayı və dərinliyi onlarda ürək-damar xəstəliklərindən xəbər verir.
Medicina.az xəbər verir ki, araşdırmada 3000 müxtəlif yaşlı insanlar iştirak edib. Layihənin əvvəlində onların ürəkləri sağlam idi. İllər sonra bu adamlar 32, 42, 52, 62 yaşlarda həkim müayinəsindən keçiblər.
Ürək-damar sisteminin müayinəsi ilə yanaşı onlarda alın qırışları da dəyərləndirilib: 0 baldan 3 bala kimi.
20 il ərzində layihə iştirakçılarından 235 nəfəri ölüb: onların 15,3 faizinin alnında 2-3-4 dərin qırış, 6,6 %-də isə bir qırış var idi.
Hesablamalar göstərib ki, insanın alnında 2-3-4 dərin qırış olarsa, onda ürək-damar xəstəlikləri və bu səbəbdən ölüm riski 10 dəfə çoxdur.
Hələ ki, qırışlarla ürəyin bağlı olmasının səbəbləri araşdırılmayıb.
Həkimlər belə hesab edir ki, ateroskleroz və ürək problemi arteriya divarlarını daha qalın edir. Bu xəstəlik zamanı kollagen sintezi pozulur, qırışların erkən və dərin yaranması prosesi sürətlənir.
Alimlər xəbərdar edir ki, alnında xoşagəlməz qırışları çox olanlar hansı yaşda olursa olsun ürək-damar sistemini müayinə etdiməlidir. Bu artıq həkimə getmək və vaxtında müalicə üçün siqnaldır.