Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər Parkinsonun səbəbini bağırsaqlarda tapdı

  • 2023.10.18 17:48
  • 1534 Baxış
Alimlər Parkinsonun səbəbini bağırsaqlarda    tapdı
Parkinson xəstəliyinin səbəbi bu vaxta qədər tibbə tam məlum deyil. Amma indi alimlər bu ağır neyrodegenerativ xəstəliyin mümkün triggerini tapıb.


“Medicina” xəbər verir ki, nevroloq Aleksandr Alexin bağırsaq mikroorqanizmlərinin metobolizm qalıqlarının Parkinsonu tətiklədiyini bildirib.


“Alimlər elmi araşdırma zamanı müşahidə edib ki, Parkinsonun mənbəyi bizim bağırsağımızdadır. Orda olan mikroorqanizmlər elə maddələr ifraz edir ki, onlar qanla dövr edərək, sinir hüceyrələrini zədələyir.

Xüsusən Streptomyces venezuelae bakteriyasının ifrazat qalıq məhsulları ilk növbədəm neyronları dağıdır. Heyvanlar üzərində aparılan təcrübə\ göstərib ki, məhz mikrobiomada olan mikroorqanizmlər dofamin hasil edən neyronları məhv edir.

Bu nəticə bağırsaq mikroflorasının neyrodegenerativ xəstəliklərdə rolunu göstərir.

Parkinson xəstəliyində də sinir hüceyrələri müəyyən zülalların yığılması və bir-birinə yapışması səbəbindən dağılır.
Alimlər hesab edir ki, ekoloji mühit və əıtraf aləm də xəstəliyin inkişafını artırır.

Sənaye ximikatları, kənd təsərrüfatında istifadə olunan pestisidlər neyrodegenerasiyaya səbəb olur.
Bir çox viruslar da həm mikrobiomanı, həm sinir hüceyrələrini zədələyir”.

Aygün Musayeva