Rusiyalı alimlər şizofreniyanın qoxu ilə müəyyənləşdirilməsinin yeni metodunu işləyib hazırlayırlar. Araşdırmada itlərdən istifadə olunub. Belə ki, itlər insanların orqanzimlərinin qaz mühitinin molekulyar tərkibinin, yəni qoxularının dəyişməsi ilə xəstə insanları sağlam insanlardan fərqləndirirlər.
Medicina.az xəbər verir ki, araşdırmanın birinci mərhələsində itlərə xəstələri qoxularına görə təyin etmək öyrədilib. Daha sonra onlar laboratoriya şəraitində "şizofreniya qoxusu”nunun qaz xromotoqrafiyasını təyin ediblər.
Bu xəstəliyin diaqnostikası ilə bütün dünya alimləri məşğul olurlar. Amma hələ ki şizofreniya xəstəsini sağlam insandan fərqləndirəcək konkret fiziki göstərici qeydə alınmayıb. Buna görə də rusiyalı alimlərin irəli sürdükləri hipotez elm üçün çox maraqlıdır.
Alimlər bildirirlər ki, axtarış itləri kütlə içərisindən konkret insanın iyini deyil, həm də onun cinsini də təyin etməyə qadirdilər. Ancaq şizofreniya xəstələrinin qoxusunu sərbəst şəkildə ayırd edə bilmirlər. Buna görə də bu sahədə yaxşı nəticələr əldə etmək üçün bir sıra təlimlər keçməlidirlər. Alimlər əvvəl itlərin köməyi ilə şezofreniya xəstələrinin iyini təyin etməyə və daha sonra isə laboratoriya analizlərinin köməyilə onların molekul quruluşunu öyrənməyə çalışırlar.
Arzu
Medicina.az