Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlərdən ömrü uzadan 5 faydalı məsləhət

  • 2022.09.27 15:32
  • 2779 Baxış
Alimlərdən ömrü uzadan 5 faydalı məsləhət


Stenford universitetinin alimləri bildirib ki, hər 25 ildə orta insan ömrü 3 il artır, müasir uşaqlar valideynlərindən daha çox yaşaya biləcəklər.


"Medicina" xəbər verir ki, alimlər ömrü uzatmaq üçün elmi sübut olunmuş metodları açıqlayıblar

1. Sağlam, düzgün qidalanma

2019-cu ildə aparılmış araşdırmaya görə, pis zərərli qidalanma hər 5 ölümdən birinin səbəbkarıdır.

Rasionda tam taxıl, meyvə-tərəvəz, qoz, toxumlar, zülal olmayan, duz şəkər çox qəbul edən insanların ömrü 5-7 il qısa olur.
Siz daha çox bitki tərkibli qidalanmaya köklənməlisiz.

2. Fiziki aktivlik

Milli Onkoloji institutunun alimləri bildirib ki, yorulmadan yüngül fiziki idman, gəzinti ömeü 4,5 il uzadır.
Həftədə 1-2 saat müntəzəm məşqlər - aktiv gəzmək, rəqs, bağda işləmək, tennis,gimnastika və s. erkən ölümü 5% azaldır.

3. Zərərli vərdişlərdən imtina

Alkoqol, spirtli içki, qazlı içki, siqaret heç istifadə etməyənlərə nisbətən ömrü 8-10 il azaldır.


4. Piyada gəzmək

Avstraliya və Daniya alimlər gündə sürətli tempdə 30 dəqiqə gəzməyin demensiya, xərçəng əleyhinə olduğunu sübut edib .
Orta addım ayı gündə 7-10 min olmalıdır.


5. Yetəri qədər maye, su

Orqanizmin hər hüceyrəsi və hüceyrə arası sahə maye ilə işləyir.

Maye çay, şirə, qəhvə deyil. Maye təmiz sudur.

Gündə 2 litrə yaxın adi su içənlərdə damarlar və qan sağlam qalır.

Onların ömrü az su içənlərdən 15% uzun olur.

Aygün Musayeva