Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlərdən naməlum virus xəbərdarlığı - İnsanların qaraciyəri təhlükədə

  • 2022.05.10 15:41
  • 2379 Baxış
Alimlərdən naməlum virus xəbərdarlığı    - İnsanların qaraciyəri təhlükədə


ABŞ və Avropada ekspertlər qaraciyərə təsir edən naməlum virusa yoluxma halları barədə məlumat veriblər.


Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20 ölkədə 228 nəfər artıq xəstələnib, bir uşaq ölüb və hər on nəfərdən birinin orqan transplantasiyasına ehtiyacı var. Ən çox yoluxma on yaşınadək uşaqlarda baş verir, lakin 16 yaşdan kiçik yeniyetmələrdə də rast gəlinir. İlk simptomlar qarın ağrısı, ishal və ürəkbulanmadır, sonra dəri və gözlərin ağlarının saralması, sidiyin tündləşməsi, açıq rəngli nəcis görünür və qanda qaraciyər fermentlərinin tərkibi də əhəmiyyətli dərəcədə artır. Molekulyar səviyyədə F41 kimi müəyyən edilən xəstələrin 75%-də adenovirus aşkar edilib.

“Adenovirus F41 uşaqlarda qastroenterit və dünyada tənəffüs yoluxucu infeksiyaların təxminən on-on beş faizinə səbəb olur. Bu, müxtəlif orqanlara yoluxa bilən böyük DNT virusudur. Qaraciyər mədə-bağırsaq sisteminə köməkçi rolunu oynayır, ona görə də onun hüceyrələrinin təsirlənməsi təəccüblü deyil”, - Avstraliyanın Yeni Cənubi Uels Universitetinin mikrobiologiya və molekulyar biologiya professoru Piter Uayt SMC-yə bildirib.

Alimlərin fikrincə, adenovirus infeksiyasının koronavirusla üst-üstə düşməsi və F41-in özünün mutasiyası səbəbindən ağır hepatitə səbəb ola bilər. /publika.az/