Dünyanın ən nüfuzlu qurumlarından biri olan Harvard Universitetinin alimləri araşdırmalar nəticəsində kişi orqazmı ilə bağlı diqqətəlayiq nəticələrə gəliblər.
Medicina.az xəbər verir ki, ingilis mətbuatında dərc olunan xəbərə görə, elm adamları kişilərin ayda ən az 21 dəfə boşalmasının sağlamlıq baxımından çox əhəmiyyətli olduğunu bildiriblər.
Araşdırma çərçivəsində 31 925 kişi müayinə edilib və onların aylıq orqazm nisbətləri araşdırılıb.Araşdırmalar nəticəsində daha tez-tez boşalmış kişilərdə prostat xərçəngi riskinin üçdə bir azaldığı qeyd edilib.
"Yetkinlik dövründə boşalma tezliyinin prostat xərçəngi riski ilə əlaqəli olub-olmadığını qiymətləndirdik. Müəyyən etdik ki, yetkinlik dövründə aşağı boşalma tezliyi ilə müqayisədə daha yüksək boşalma tezliyi olan kişilərə sonradan prostat xərçəngi diaqnozu qoyulma ehtimalı daha azdır", - tədqiqatı aparan elm adamları bildiriblər.
Elm adamları buna baxmayaraq, həddindən artıq mastürbasiyanın riskləri olduğunu da söyləyiblər.
Digər tərəfdən, orqazmın miqreni, ürək xəstəlikləri riskini, stressi azaltmaq və yuxu keyfiyyətini artırmaq kimi faydalarına diqqət çəkilib.
Araşdırmanın nəticələri "European Urology" tibb jurnalında dərc olunub.
Aysel