Kaiser Permanent Sağlamlıq və Araşdırma mərkəzinin əməkdaşlarının yeni araşdırmasının nəticələrinə görə, yaşlı insanın, yəni 55-60 yaşda və sonra xüsusən qadınların arıqlaması onların səhhətinə mənfi təsir edir.
Medicina.az xəbər verir ki, 20 il ərzində cəmi 9-12 kq çəki itirən yaşlı qadınlarda çanaq və bud sınığı riski 2 dəfə artır, qəfil ölüm halı 70% artır, özünü daha pis hiss etməyə başlayırlar.
Bu təcrübə 1323 nəfər 60-68 yaşlı qadınlar arasında aparılıb. Onların sağlamlıq, əhval-ruhiyyə və fiziki aktivlik göstəriciləri qeydə alınıb. 20 il ərzində bədən kütləsinin indeksi hər il ölçülüb. Bu qadınlar arasında yıxılma, sınma, fiziki və psixi aktivliyin azalması və ölüm faktları da qeydə alınıb.
Sonda məlum olub ki, 20 il ərzində çəki indeksində 9-12-15 kq azalma olan qadınlarda mənfi nəticələr daha çox olub. Ona görə mütəxəssislər 60 yaşdan sonra az yeyib arıqlamaqdansa, faydalı və tutumlu qida ilə normal çəkini saxlamağa diqqət yetirməyə səsləyir. Bu yaşda qadınlara pəhriz olmaz.