Mayo Klinikasının alimləri Alzheimer xəstəliyindən fərqli olan, yeni tip yaddaş itkisini müəyyən ediblər.
Medicina.az xəbər verir ki, patologiya beyində TDP-43 zülal aqreqatlarının yığılması səbəbindən inkişaf edir.
Araşdırmanın nəticələri “Brain Communications” (BrainCom) jurnalında dərc olunub.
Tədqiqatda Mayo Klinikasının məlumat bazalarında və böyük tədqiqat layihələrində sağlamlıq məlumatları olan 200 nəfər iştirak edib.
Bütün subyektlərdə Alzheimer xəstəliyinin simptomlarına bənzər koqnitiv pozğunluqlar görünüb. Lakin onlarda bu xəstəliyin olmaması beynin maqnit rezonans tomoqrafiyasının nəticələri ilə təsdiqlənib.
İştirakçıların qanında da Alzheimer xəstəliyinin biomarkerləri aşkar edilməyib.
Yaddaş itkisinin səbəbini dəqiq müəyyən etmək üçün tədqiqatçılar mümkün günahkarın - TDP-43 adlı zülalın öyrənilməsinə diqqət yetirdilər.
Onlar müəyyən ediblər ki, bu zülalın beynin limbik sisteminin strukturlarında yığılması məlumatı yadda saxlamaq və emal etmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
TDP-43 yığılması nəticəsində yaranan xəstəliyə limbik sistemin üstünlük təşkil etdiyi amnestik neyrodegenerativ sindrom deyilir.
Alimlər bunun Alzheimer xəstəliyindən daha yavaş irəlilədiyini və müalicəyə daha tez reaksiya verdiyini deyirlər.
Tədqiqatçılar qeyd ediblər ki, onların kəşfi demensiyanın səbəbləri haqqında anlayışımızı genişləndirir.
Onlar tədqiqatın nəticələrinin gələcəkdə yaddaş problemlərinin diaqnozu və müalicəsinin təkmilləşdirilməsinə kömək edəcəyini düşünürlər.
Aysel