Alimlər xərçəngin qarşısını 100 faiz almağın yolunu açıqladılar

  • 2024.07.18 15:25
  • 1270 Baxış
Alimlər xərçəngin qarşısını 100 faiz almağın yolunu açıqladılar
Bütün xərçəng hadisələrinin 40%-nin qarşısını sadəcə həyat tərzini dəyişdirməklə almaq olar.

Medicina.az xəbər verir ki, 30 yaşdan yuxarı insanlarda 1,7 milyon şiş inkişafı halını təhlil edən alimlər bu nəticəyə gəliblər.

Tədqiqatın nəticələri “Cancer Journal for Clinicians”da dərc edilib.

Alimlər bildirirlər ki, insan papillomavirusuna qarşı peyvənd olunarsa, uşaqlıq boynu xərçənginin demək olar ki, qarşısını 100 faiz almaq olar.

Dərini ultrabənövşəyi şüalardan etibarlı şəkildə qoruduqda, melanomadan yayınma ehtimalı 92,2% təşkil edir.

Siqaretsiz həyat ağciyər və bronxial xərçəngə tutulma riskinin 88,2% az olması deməkdir.

Qaraciyər xərçənginin qarşısını isə hepatit B-yə qarşı peyvənd olunmaqla 74,87% almaq mümkündür.

“Helicobacter pylori” bakteriyasının törətdiyi xəstəlik müalicə olunduqda, 70,9% hallarda mədə xərçənginin qarşısını almaq olur.

İşlənmiş ətdən (kolbasa, sosis və s.) imtina etmək, qırmızı ət istehlakını azaltmaq və eyni zamanda fiziki aktivliyi artırmaq isə kolorektal xərçəng riskini yarıdan çox (54,2%) azaldır.


Aysel