Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər spermdə koronavirus tapdılar - ARAŞDIRMA

  • 2020.05.08 18:28
  • 3599 Baxış
Alimlər spermdə koronavirus tapdılar  - ARAŞDIRMA

Dünyada süni mayalanma və sonsuzluğun müalicəsi bir müddət dayandırılıb. Alimlər koronavirusun cinsi yolla ötürülməsi barədə araşdırır, təzadlı fikirlər bildirir. Amma bununla belə Çin alimləri yeni COVİD virusu fraqmentlərini sperm materialında aşkarladılar.

Medicina.az xəbər verir ki, elmi tədqiqatın nəticələri JAMA dərgisində çap olunub.

Şançyu şəhər xəstəxanasında yanvar-fevral ayında daxil olan 38 kişi xəstənin sperm materialı toplanıb. Onların yaşı 15-59 yaş arası olub. Kişilərdən 15-i ağır vəziyyətdə olub.
23 nəfər isə sağalmaq ərəfəsində idi.

15 nəfərdən ikisinin spermində koronavirus tapılıb, ikinci sağalanlar qrupunda isə 4 nəfərdə virus qalıqları aşkarlanıb.
Analizlər Covid 19 hissəciklərini 16% sperm materialında koronavirus göstərib.

Amma alimlər onu da qeyd edir ki, ola bilər aşkar olunan virus yox, onun izləridir.

Ona görə də bu analizlərin dünya üçün hansı problemlər yaradacağını dəqiq demək olmaz. Yenə də bu xəstələrdən cinsi əlaqə ilə virusun ötürülməsi təcrübəsi aparılmayıb.

Mikrobiologiya üzrə professor Stenli Perlman bildirib ki, əgər sperm analizi müsbət cavab versə də, o demək deyil ki, virus orda var. Ola bilər bu sadəcə virus məhsuludur.

Bütün bunları nəzərə alaraq, alimlər konkret olaraq koronavirus testi müsbət çıxan və xəstəxanada müalicə alıb sağalan kişilərlə cinsi münasibətdən qorunmağı tövsiyə edir. Bu kişilərdən ən azı 6 ay uzaq durmaq lazımdır.