Döş xərçənginin yeni müalicə metodu ilə siçanlarda xəstəlik demək olar ki, tamamilə məğlub edilib, gəmiricilərdəki şiş hüceyrələri 95-100 faizi məhv olub.
Medicina.az xəbər verir ki, bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə elan edilib.
Bildirilir ki, Urbana-Şampeyndə İllinoys Universitetinin alimləri tərəfindən hazırlanan ErSO preparatı təkcə ilkin şişləri sürətlə yox səviyyəyə endirməklə kifayətlənmir, həmçinin metastazlarla da uğurla mübarizə aparır.
Mütəxəssislərin sözlərinə görə, bir neçə
xərçəng hüceyrəsi sağ qaldıqda və bir neçə ay ərzində yenidən böyüməyə imkan tapdıqda belə, yeni şişlər təkrarlanan ErSO müalicələrinə həssas olurlar.
ErSO ağciyərlərdə, sümüklərdə və qaraciyərdə metastazların çoxunu sürətlə məhv edib, beyin metastazlarında isə kəskin azalmaya səbəb olub.