QİÇS (SPİD)-in əvvəllər məlum olmayan variantı 14 kişidə aşkarlanıb.
"Medicina" xəbər verir ki, Kipr universitetinin alimlər Los-Alamoss milli laboratoriyası ilə birgə tədqiqatda 2017-2021-ci illərdə QİÇS analiz nümunələrinin içində 14 nəfərdə yeni variant tapıb.
14 kişi Kipr, Britaniya, Nigeriya vətəndaşları olub.
Ştammın adı CRF91-dir.
"Klasterdə bu variant qeyd edildikdən sonra, daha 2 xəstədə aşkarlanıb. Deməli, variant artıq aktiv dövr edir" -deyə alimlər bildirib.
Mütəxəssislər bildirir k, yeni rekombinə olunmuş ştammın yaranmasına səbəb bir insanın bir neçə varianta yoluxmasıdır. Məsələn, kişi 2-3 fərqli QİÇS ştammı olan xəstə qadınlar 1-2 ay ərzində cinsi əlaqədə olur.
Hər iki ştamm onun orqanizminə keçir, nəticədə genetik dəyişiklik gedir.
Aygün Musayeva