Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər qədim taun genomunu bərpa etdilər

  • 2025.01.13 21:36
  • 778 Baxış
Alimlər qədim taun genomunu    bərpa etdilər

Oksfordun alimləri Yustinian dövrü taununun oyadıcısı olan virusun genomunu bərpa ediblər. Dəhşətli səslənsə də buna nail olunub.


“Medicina” xəbər verir ki, alimlər tarixi epidemiyaların öyrənilməsi üçün yeni imkanlar əldə ediblər.


Yustinian taunu tarixin ən dağıdıcı və dəhşətli pandemiyası olub.
Layihənin rəhbəri mikrobiologiya üzrə professor Torvald Bernsson idi.


O, bildirib ki, qədim patogenin genomunun açılışı tarixi öyrənmək və gələcək pandemiyalarla mübarizədə yeni üfüqlər aça bilər.
Təhlil göstərib ki, Yustinian taununun törədicisi XV əsrdə “qara ölüm” adlı xəstəliyin törədicisi ilə identikdir.

Yersinia pestis-in mutasiyaları Avropada VI əsrdə 25 milyon insan ölümünə səbəb olub.


Tədqiqat üçün müasir DNT analizi texnologiyalarından istifadə edilib, nəticədə nəinki virusun genomu alınıb, həmçinin epidemiyanın daha geniş ərazi və ölkələrə yayıldığı üzə çıxıb.


Nəticələr göstərib ki, 541-ci ildən 750-ci ilə kimi yaşanan taun pandemiyası tarixdə göstəriləndən daha geniş və dağıdıcı olub.

Alimlər qədim sənədləri, toz, kül nümunələri, epidemiya dövründə basdırılan qurbanların qalıqlarını tədqiq edib.

Yersinia pestis insana xəstə gənə və siçanlardan keçib. O, su, gölməçə və torpaqda rahat yaşaya bilir.


Bu tədqiqat bakteriyanın ekoloji, səhiyyə və klinik məqsədlərlə öyrənilməsi üçün imkanlar yaradır.

Aygün Musayeva