Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Piylənmənin səbəbi genetikadır- Alimlər

  • 2024.04.05 16:00
  • 794 Baxış
Piylənmənin səbəbi genetikadır - Alimlər
Alimlər piylənmə riskini artıran 2 yeni genetik variant müəyyən etdiklərini açıqlayıblar.

Medicina.az xəbər verir ki, “Nature Genetics” jurnalında dərc edilən araşdırmada piylənmə ehtimalını 6 dəfəyə qədər artıran və uşaqlarda çəki artımına təsir edən digər məlum variantlardan fərqli olaraq, yalnız böyüklərdə rol oynayan variantlar müəyyən edilib.

Kembric Universitetinin Tibbi Tədqiqat Şurasının alimləri Böyük Britaniyanın Biobank məlumat bazasında qeydiyyatdan keçmiş 500 mindən çox insanın məlumatlarını araşdırıb. Nəticədə müəyyən edilib ki, BSN və APBA1 adlı iki genin variantları böyüklərdə piylənmə riskini artırır.

Tədqiqatçılar qeyd ediblər ki, “Bassoon” kimi də tanınan BSN-dəki variantlar diabet və yağlı qaraciyər xəstəliyi riskinin yüksək olması ilə əlaqələndirilir və hər 6500 yetkin insandan 1-ə təsir edir.

“Time” nəşrinə danışan tədqiqatın müəlliflərindən biri, professor Giles Yeo deyib:

“Bu gen variantlarını daşıyan insanlar yaşlandıqca onların beyinlərindəki neyronlar korlanmağa başlayır, beyində qida qəbulunu idarə edən əsas dövrələri aradan qaldırır və bu səbəbdən həmin insanlar piylənmə ilə üzləşirlər”.

Yeo bildirib ki, bu variant əczaçılıq şirkətlərinə profilaktik müalicələr hazırlamağa imkan yaradacaq.


Aysel