Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər ömrü uzadan dərman tapdılar - Nature Aging

  • 2022.08.31 14:28
  • 1737 Baxış
Alimlər ömrü uzadan dərman tapdılar  - Nature Aging

Almaniyanın Maks Planka adına universitetin alimləri siçanlar üzərində təcrübə ilə insan ömrünü uzada biləcək ən mümkün vasitəni aşkarlayıblar.


"Medicina" xəbər verir ki, rapamisinin qısa müddətdə istifadəsinin ömrü effektiv uzatması sübut olunub.

Rapamisin hüceyrələrin böyüməsi üçün ingibitor və immundepressantdır, bu dərman xərçəngin müalicəsi və orqan köçürülən xəstələrə tətbiq olunur.

Alimlər yeni elmi araşdırmada orqanizmə zərər vurmadan, ən aşağı dozalarla dərmanın effektini sübut edib.

Alimlər müəyyən intervallarla dərmanı siçanlara və xəstəliyin əvvəlində insanlara vurublar.

Məlum olub ki, 2 həftəlik rapamisin kurs müalicəsi yaşlı siçanları bağırsaq patologiyalarından qoruyur və ömürlərini uzadır.

3 aylıq kursla daha cavan siçanların müalicəsi da analoji müsbət effekti göstərib.

Lakin ahıl yaşda rapamisinin tətbiqi heç bir effekt verməyib.


Alimlər insanlar üzərində kliniki tədqiqatlarla bu dərmanın azı 90 yaşa kimi ömrü uzadacağı fikrini sınamaq istəyir.

Aygün Musayeva