Müəyyən uzunluqda işıq şüalarının xəstəyə yönləndirilməsi miqren ağrılarını azaldır.
Medicina.az xəbər verir ki, Arizona Universitetinin alimləri klinik təcrübə əsasında sübut ediblər ki, müntəzəm olaraq yaşıl işıqla şüalandırma xəstələrin miqren ağrılarını və tutmalarını azaldır.
Cəmi 2 ay belə terapiya (gündə 2 saat yaşıl işıq tətbiqi) eksperiment iştirakçılarında miqren tutmaları 2 dəfə azalıb.
Professor Mohab İbrahimin sözlərinə görə, fototerapiya-işıqla müalicəvi gözləntilərini üstələyib.
“Bu metod son zamanların ən çətin nevroloji pozuntusu olan miqrenin müalicəsində əlavə yanaşma olacaq”.
Miqren dərman müalicəsinə tabe olmur, güclü ağrıkəsicilər isə xəstələrə zərər verir.
Ona görə xroniki ağrıların müalicəsində hazırda tibbin əlində botoks iynəsi, tibbi hipnoz, psixoterapiya və işıq terapiyası tətbiq oluna bilər.
Alimlərin siçanlar üzərində də mavi və yaşıl işıqla şüalandırma təcrübəsi onlarda müxtəlif xroniki ağrıları azaltdığını sübut etmişdi.