Artıq meymunçiçəyi xəstəliyi insanlar arasında təmas yolu ilə yayılmağa başladı.
“Medicina” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Epidemiologiya və Mikrobiologiya Milli Elmi Mərkəzinin direktoru Aleksandr Ginzburg deyib.
“Meymunçiçəyi virusunun strukturunda genetik səviyyədə kiçik sapmalar virusun hava damcıları ilə kütləvi şəkildə ötürülməsinə səbəb ola bilər.
Oxşar vəziyyətdə dünya çiçək xəstəliyinə bənzər bir epidemiya ilə üzləşə bilər. Onun sözlərinə görə, virus artıq yayılmağa, mutasiyaya uğramağa və virulentliyini artırmağa başlayıb.
Meymun xəstəliyinə qarşı gen mühəndisliyi ilə hazırlanmış peyvənd hazırlanmalıdır.
Çində aşkar edilən meymun virusu növünün hava damcıları ilə yoluxma qabiliyyətinə dair hesabat ortaya çıxıb. Lakin bu günə qədər belə hallar təsdiqini tapmayıb və virusun özü dəyişsə də, geni dəyişmir, çünki o, RNT-yə deyil, DNT-yə əsaslanır”.
Aygün M