Alimlər koronavirusun yeni ştamının aşkar olunması haqqında bildiriblər.
Medicina.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını ifadə ediblər.
Onlar həmçinin vurğulayıblar ki, ştamın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.
Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştamı aşkarlanıb.