Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər insultun dəhşətli səbəbini açıqladı – Damarlar plastiklə tıxanır

  • 2025.04.29 15:09
  • 221 Baxış
Alimlər insultun dəhşətli səbəbini açıqladı  – Damarlar plastiklə tıxanır

Alimlər insult keçirən xəstələrin damarlarının plastiklə tıxandığını aşkar ediblər.


“Medicina” xəbər verir ki, Nyu-Meksiko Universitetinin alimləri insan orqanizmində mikro və nanoplastikalar ilə ürək-damar xəstəlikləri riski arasında həyəcanverici əlaqə aşkar ediblər.

Məlum olub ki, aterosklerotik lövhə olan xəstələrdə boyun damarlarında plastik hissəciklərin konsentrasiyası sağlam insanlardan 51 dəfə yüksək ola bilər.


Tədqiqat göstərdi ki, insult və ya mikroinsult keçirmiş insanlarda lövhələrdəki mikroplastiklərin səviyyəsi 2888 mkq/q-a çatıb. Simptomları olmayan insanlarda səviyyə 895 mkq/q idi. Sağlam arteriyalarda plastik demək olar ki, aşkar edilməmişdir.


Plastik və infarkt arasında birbaşa əlaqə hələ sübut olunmasa da, elm adamları immun hüceyrə genlərinin fəaliyyətində dəyişikliklər, qan damarlarında iltihab əleyhinə proseslərin azalması və aterosklerotik lövhələrin sabitliyinin pozulmasını aşkar ediblər.


Tədqiqatçılar mikro və nanoplastikaların ürək-damar sisteminə uzunmüddətli təsirlərini öyrənməyi planlaşdırırlar.


Aygün Musayeva