Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər ilk dəfə aşkarladılar - Kişilərə bəd XƏBƏR

  • 2024.06.20 15:00
  • 1113 Baxış
Alimlər ilk dəfə aşkarladılar -  Kişilərə bəd XƏBƏR
Kişi cinsiyyət orqanında ilk dəfə mikroplastik tapılıb.

Medicina.az xəbər verir ki, alimlər yeni tamamladıqları tədqiqatda həyəcan verici nəticələrə gəliblər.

Mayami Universitetinin alimi Ranjit Ramasaminin rəhbərliyi altında aparılan tədqiqat nəticəsində ilk dəfə olaraq insan cinsiyyət orqanında mikroplastik tapılıb.

Mütəxəssislər mikroplastiklərin çox ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini izah ediblər.

“IJIR: Your Sexual Medicine Journal”da dərc edilən araşdırmada beş fərqli kişidən alınan penis toxumaları nümunəsindən dördündə yeddi fərqli mikroplastikin tapıldığı qeyd edilib. Ölçüsü 5 millimetrdən 1 mikrometrə qədər olan mikroplastiklər toxumalara nüfuz edə və sağlamlıq problemlərinə səbəb ola bilər.

“CNN”ə danışan uroloq Ranjit Ramasami insan ürəyində mikroplastiklərə dair dəlillər tapan əvvəlki araşdırmalardan ilhamlandığını söyləyib. Ramasami, həmçinin ürək kimi çox damarlı bir orqan olduğu üçün penisdə də mikroplastik tapmasına təəccüblənmədiyini söyləyib.

Onun sözlərinə görə, mikroplastiklərin erektil disfunksiyaya səbəb olub-olmadığı araşdırılmalıdır.


Aysel