Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər ilk dəfə Amenxotepin mumiyasını skan etdilər

  • 2021.12.28 15:54
  • 1834 Baxış
Alimlər ilk dəfə Amenxotepin mumiyasını skan etdilər

Alimlər məşhur fironun həyatda canlı görünüşünün necə olduğunu təyin ediblər.

Medicina.az xəbər verir ki, tarixdə ilk dəfə Misirin ən qədim fironunun mumisiyanın daxilinə baxa biliblər.

Bütün Misir mumiyalarının içində ancaq Amenxotepin mumiyası toxunulmamış qalmışdı.

Alimlər onu dərindən təhlil etməmişdilər. Onlar sadəcə mumiyaya mexaniki zədə vurmaq istəmirdilər. Artıq yeni texnologiyalar buna imkan verdi.

Üçqatlı komputer tomoqrafiyası ilə mumiyanın rəqəmsal obrazı yaradılıb.

“Biz Aminxotepin 35 yaşında, öldüyü ildəki görünüşünü göstəririk. O, 169 sm boyda idi, yaxşı dişləri vardı. Görünür ki, Aminxotep xarici görünüşcə atasına oxşayır: nazik çənəsi, balaca burnu, irəli çıxan ön dişləri var”.


Alimlər bədəndə hər hansı yara, xəstəlik izi tapmayıb. Onun ölüm səbəbi dəqiq bilinmir.