Yüksək dərəcəli termiki işlənmədən keçmiş, emal olunmuş hazır qidalar erkən ölümü artırır.
Bakupost.az xəbər verir ki, San - Paulo Universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini elan ediblər.
Braziliyada 2019-cu ildə 30-60 yaş arası ölümlərin 57 mini emal olunmuş qidaların qəbulu ilə bağlı olub.
Bu hər il ölənlərin 10-12%-i deməkdir.
Bu qidalar ürək-daçar, diabet, piylənmə, qaraciyər, böyrək xəstəliklərinə səbəb olur.
Ultra emaldan keçən qidalarda süni əlavələr olur.
Bunlara tez hazır olan lapşa, şorbalar, hot-doq, pizza, vetçina, çörək, tort, pirojna, peçenye, qazlı içkilər aiddir.
Alimlər bununla bağlı digər araşdırmanı da təhlil ediblər. Belə qidaları yeməyənlərdə erkən ölüm statistikası necədir.
Məlum olub ki, emal olunmuş qidalar yeməyənlər 60-70 yaşa daha çox çatıb.
Hesablamalara görə, Braziliyanın əhalisinin 4-də biri gündəlik qidasının 50%-ni yüksək emal edilmiş qidalardan alır.
Əgər insanlar bu göstəricini 20%-ə endirsə, o zaman ildə erkən ölənlərin sayı 20 min nəfər azalardı.
Aygün Musayeva