Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər bu suala cavab tapdı: Nəyə görə insanlar intim mesaj yazıb, şəkil göndərir?

  • 2019.11.28 18:24
  • 8147 Baxış
Alimlər bu suala cavab tapdı:  Nəyə görə insanlar intim mesaj yazıb, şəkil göndərir?

Son zamanlar sosial şəbəkələrdə tanıdığı və tanımadığı insanlardan intim, seks məzmunlu mesajlar, yazışmalar alan insanlar bunu cəmiyyətdə kütləvi intim aclığın və əxlaqsızlığın yayılmasına yozurdular.


Medicina.az xəbər verir ki, alimlər sübut edib ki, əslində, erotik mesajların arxasında heç də intim motivlər dayanmır.

Bu məsələ ilə Texas Universitetinin işçi qrupu məşğul olub. Onlar 18-69 yaş arası 260 nəfər arasında onlayn sorğu keçirib.


İnsanları nə məcbur edir ki, partnyoruna və ya tanış olduğu insana seksual mesajlar yazsın, göndərsin?


Sorğunun nəticəsi göstərib ki, belə mesaj yazanların yalnız 2%-nin erotik mesajlarının arxasında gələcək cinsi akta təhrik və işarə var.

Digər 2 səbəb qarşı tərəfin gözündə öz dəyərini artırmaq, onların münasibətlərinin dərin olmasına işarə etmək məqsədi var. Bir səbəb isə qarşı tərəfdən belə mesajlara görə ya maddi, ya mənəvi mükafat almaq məqsədidir.


Sekstinq insan münasibətlərində sözün evolyusiyasıdır. Əvvəllər ehtiraslı məktublar, şeirlər yazılırdı, hansı ki, orda sevgilinin bədəni, bədən dili, emosiyaları, ehtirası daha bədii təriflənirdi. İndi isə bunu sosial şəbəkələrdə daha qısa və aydın mesajlaşma və intim fotoların göndərilməsi əvəz edib – deyə alimlər izah edir.