İsveç alimləri bu vaxta qədər elmə məlum olmayan və önəmsənməyən yeni orqan icad ediblər.
"Medicina" xəbər verir ki, bu orqan eksklyusoma adlandırılıb. O, immun sistemini dəstəkləyən açıq bir orqandır, orqanizmə daxil olmaq istəyən patogenləri - mikrob və virusları tutub saxlayır.
Eksklyusoma hüceyrənin maye daxilində yerləşir.
Bu mikro kiçik orqan hüceyrə sitoplazmasına nüfuz etmiş viral və ya bakterial DNT-nin təcrid olunması ilə məşğul olur.
Alimlər əmindir ki, eksklüsomlar insan genomunun qədim sisteminin bir hissəsidi.
Amma bu orqanın autoimmun xəstəliklərə təsir etməsi kimi mənfi cəhəti də var. Belə ki, uzun müddət sitoplazmada virus və bakteriyaların genetik materialını yaddaşda saxlayır, immuniteti onlara qarşı yenidən səfərbər edir və qızdırma və əks -reaksiya baş verir.
Aygün Musayeva