Uzun ömrün sirri hər kəsi maraqlandırır. Sağlam və uzun ömür sürməyi xəyal edirsinizsə, alimlərin tövsiyələrinə əməl etməlisiniz.
Alimlərin fikrincə, uzun ömür sürmək və 100 il yaşamaq istəyirsinizsə, gündəlik bəzi vərdişlərinizə diqqət yetirməlisiniz.
İmmunitetinizi gücləndirmək və xəstəliklərə qarşı bədən müqavimətinizi artırmaq üçün diqqət etməli olduğunuz bir çox amil var.
Medicina.az xəbər verir ki, elmi araşdırmalar qocalmağın gecikdirilməsinin və daha uzun yaşamağın göründüyü qədər çətin olmadığını göstərir.
Daha uzun yaşamaq ümumiyyətlə genetik xüsusiyyətlərlə əlaqələndirilir. Ancaq həyat tərzimiz, vərdişlərimiz və ən əsası qidalanmamız həyat keyfiyyətimizə birbaşa təsir edir.
Beyni məşğul edin!
Beyni gənc və canlı saxlamaq qocalmamağın qızıl qaydalarından biri hesab olunur. Etməkdən həzz aldığınız, sizə “məqsəd” hissi verən bir fəaliyyəti dayandırdığınız zaman sürətlə aşağı enirsiniz. Həmişə ağlınızı məşğul edin. Kitab oxuyun, yeni hobilər tapın və ya tapmaca həll edin. Sevdiyiniz fəaliyyətlər beyninizi inkişaf etdirir.
Məşqə və gəzintiyə vaxt ayırın!
Sağlam bədənə sahib olmaq, xüsusilə ürək sağlamlığını qorumaq üçün mütəmadi olaraq idman etmək lazımdır. Fiziki fəaliyyətlər hüceyrə mitoxondriyalarının sayını artırır. Bütün araşdırmalar göstərir ki, uzun ömrün ən böyük sirri fiziki fəaliyyətdə gizlənir. Müəyyən bir məşq proqramına əməl etməklə və ya hər gün nizamlı olaraq qaçmaqla bədən sağlamlığınızı qoruya bilərsiniz.
Su için!
Bədəninizin sağlamlığını qorumağın ən sadə yollarından biri su içməkdir. Tədqiqatlar göstərir ki, kifayət qədər su istehlak etmək kolon xərçəngi və sidik kisəsi xərçəngi riskini azalda bilər. Bu, həmçinin oynaqları yağlamağa, hüceyrələri nəmləndirməyə və qaraciyər və böyrəklərdən toksinləri çıxarmağa kömək edir.
Hər gün 8-10 stəkan su içmək həzm sisteminin nizamlı işləməsinə də kömək edir. Su orqanizmdə yığılan ödemi və toksinləri qısa müddətdə xaric edir. Dərinin sağlamlığını qoruyur. Maye dərini nəmlə doyurur və daha yavaş yaşlanmasına kömək edir.
D vitamini səviyyənizi normada saxlayın!
D vitamini qocalmanın dayandırılmasında mühüm rol oynayır. Bir çox insanda D vitamini çatışmazlığı var. D vitamini çatışmazlığını kompensasiya etmək üçün günəşdən faydalana və tərkibində D vitamini olan qidaları qəbul etməyə başlaya bilərsiniz.
Meyvə və tərəvəz istehlakını artırın!
İmmunitetinizi gücləndirmək və orqanizminizin müqavimətini artırmaq üçün hər zaman yüksək vitamin və mineral dəyərli qidalara ehtiyacınız var. Vücudunuzun ehtiyac duyduğu bütün vitaminləri tərəvəz və meyvələrlə qarşılaya bilərsiniz. Çoxlu meyvə, tərəvəz, taxıl, paxlalılar və bitki mənşəli zülallar bədəninizi sağlam saxlayır.
Hər gün çərəz yeyin!
Bədəninizin sağlam yağlara ehtiyacı var. Çərəz yaxşı yağ, lif və zülal qaynağıdır, buna görə də sizi daha uzun müddət tox hiss etdirir. Araşdırmalar mütəmadi olaraq qoz, fındıq, badam və s. yeyən insanların hər hansı bir xəstəlikdən, xüsusən də xərçəng, ürək xəstəliyi və ya tənəffüs xəstəliklərindən ölmə riskinin daha az olduğunu göstərir. Bu səbəbdən qida rasionunuza sağlam çərəzləri daxil etməyiniz tövsiyə olunur. Qəlyanaltılarda 5-6 fındıq istehlakı da bədən müqavimətinizi artıracaq.
Digər tərəfdən, isveçli alimlər son araşdırmalarında bir əsrlik uzun ömrün sirrinin insanın qanında gizli olduğunu açıqlayıblar.
“GeroScience” jurnalında dərc edilən nəticələr yüksək dəmir səviyyəsinin və normal xolesterin səviyyəsinin 100 yaşa çatma şansını yüksəltdiyini göstərib.
Aysel