Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ali Attestasiya Komissiyası 26 nəfərin elmi işini plagiat hesab etdi

  • 2023.11.18 18:12
  • 1506 Baxış
Ali Attestasiya Komissiyası 26 nəfərin elmi işini    plagiat hesab etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası plagiatçılığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib.



"Medicina" xəbər verir ki, cari ilin əvvəlindən indiyədək elmi işlərdə müəllifinə və mənbəyinə istinad edilmədən digər müəlliflərin materiallarından istifadə edildiyinin aşkar olunması səbəbindən 26 nəfərə elmi dərəcələrin verilməsindən imtina olunub.

Bundan başqa, plagiat halları ilə əlaqədar cari il ərzində 17 nəfərə elmi adların, üç nəfərə isə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınmasından (nostrifikasiya və təkrar attestasiya) imtina edilməsinə dair qərar qəbul olunub.