Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Ət alarkən bunlara diqqət edinAldığınız ət yapışqan və nəmlidirsə..

  • 2019.10.17 15:14
  • 9232 Baxış
- Ət alarkən bunlara diqqət edin Aldığınız ət yapışqan və nəmlidirsə..
Ət bizim gündəlik qida rasionumuza daxil olan yeyinti məhsullarından biridir. Belə ki, orqanizmimizin dəmirə olan ehtiyacının ödənilməsi üçün  həftədə azı 2 dəfə mal əti ilə qidalanmaq məqsədə uyğun hesab olunur. Qoyun əti isə mal ətindən fərqli olaraq ayda 1 dəfə yeyilməsi məsləhətdir. Lakin qoyun ətinin və iç yağının insanlar tərəfindən geniş  istifadəsi təhlükəli xəstəliklərin ( ürək – damar ) yaranmasına səbəb olur.


Medicina.az sizə ət alarkən diqqət etməli olduğunuz 5 vacib məqamı təqdim edir.

 


1. Ətin rəngi və iyi

Alacağınız ətin istifadəyə uyğun olub-olmadığını görmək üçün bir neçə vacib məqam vardır. Birincisi, ətin rəngidir. Aldığınız ət təzə kəsilmiş olmasa da, satış yerlərindən alınan ətin parlaq qırmızı rəngdə olmağı vacibdir. Eyni zamanda ətin üst təbəqəsi həddindən artıq yapışqan və nəmli olmamalıdır.

 


2. Baytarlıq müayinəsinin vacibliyi Alıcıya təqdim edilməsi üçün kəsilən heyvanlar əvvəlcədən baytarlıq müayinəsindən keçirilməlidir. Əgər alınan nəticələrdə ətin zərərverici xüsusiyyəti aşkar olunarsa, bunun qarşısı alınmalıdır.  Kəsmə, hissələrə ayırma və qablaşdırma Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş müəssisələrdə aparılmalıdır.

 


3. Son istifadə müddətinə diqqət edin Yanlış saxlama şəraiti, zərərli mikroorqanizmlərin ət üzərində böyüməsi üçün əlverişli mühit yaradır. Satınalma zamanı ət temperaturu aşağı ( soyuq ) yerlərdə saxlanmalı və qablaşdırma prosesinə çatanadək gigiyena qaydalarına tam riayət edilməlidir. Soyuducu kameralarda saxladılmış ət və ət məhsulları alınırsa, tarixinə mütləq diqqət etmək lazımdır.

 


4. Çox almısınızsa hissələrə ayırın Əgər aldığınız ət məhsulunun çəkisi sizə lazım olandan çoxdursa, bu zaman həmin əti hissələrə ayırıb, köhnəlməsin deyə mövcud saxlama paketlərində soyducuya qoyun.


 


5. Qarşınıza çıxan hər yerdən ət almayın Qida istehlakında ən vacib məsələ sağlam və etibarlı olmaqdır. Ona görə də, əti kəsildiyi andan masanıza gələnə qədər bütün mərhələlərdən doğru şəkildə keçdiyinə əmin olduğunuz yerdən alın. Bu zaman onu əminliklə istifadə edə bilərsiniz.
- Ət alarkən bunlara diqqət edin Aldığınız ət yapışqan və nəmlidirsə..
- Ət alarkən bunlara diqqət edin Aldığınız ət yapışqan və nəmlidirsə..
- Ət alarkən bunlara diqqət edin Aldığınız ət yapışqan və nəmlidirsə..
- Ət alarkən bunlara diqqət edin Aldığınız ət yapışqan və nəmlidirsə..
- Ət alarkən bunlara diqqət edin Aldığınız ət yapışqan və nəmlidirsə..