Dəniz və okeanların qorxunc nəhəng balığı akulalar barədə miflər dolaşır. Belə ki, son 10 ildə bir çox elmi tədqiqatlar akula DNT-sində xərçəngin dərmanının olduğunu bildiriblər.
Alimlər akula DNT-sinin öz-özünü bərpa etmə qabiliyyətinə malik olduğunu bildirir.
Bir çox ocean sahilyanı ölkələrdə akulalar ovlanıb, əti satışa çıxarılır. Nəhəng balıq bazarlarında akula ətina rast gəlinir. Akula əti ixrac olunub, delicates kimi bahalı restoranlarda təqdim olunur.
Medicina.az akula ətinin insane xərçəngdən başqa hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir.
Akula əti 20% zülal, eləcə də fosfor, brom, xlor, yod, sink, dəmir, selen, marqans, D vitamin və B qrup vitamin ilə zəngindir.
Bir çox akula növlərinin əti dietikdir.
Akula əti şirəli, ağ və bozumtul rəngdə olur.
Ən qiymətli hissəsi qaraciyəri və üzgəcləri hesab olunur.
Bir çox onkoloji xəstəliklərdə onun qığırdaqları və üzgəclərindən alınmış maddələr istifadə olunur.
Faydaları:
- Akula qaraciyəri ən ağır iltihabi proseslər və viruslar əleyhinə güclü vasitədir. Ondan dərman da hazırlayırlar.
- Damarları qidalandırır, xolesterini azaldır
- İnsan orqanizmi tərəfindən rahatlıqla və tez mənimsənilir
- Omeqa 3 ilə zəngin olduğundan bütün orqanizm üçün faydalıdır
- Gözləri qidalandırır
- Sümükləri bərkidir
- Baş beynin işini yaxşılaşdırır
- Sinirləri bərpa edir
- Qalxanvari vəzin işini tənzimləyir