Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aktyor arıqlamaq iynəsindən sonra “Pirat” xəstəliyinə tutuldu

  • 2025.04.10 15:48
  • 404 Baxış
Aktyor arıqlamaq iynəsindən sonra  “Pirat” xəstəliyinə tutuldu



Robbi Vilyams arıqlamağa kömək edən dərmanlara görə "Pirat xəstəliyinə" tutuldu.


51 yaşlı müğənniyə SİNQA diaqnozu qoyulub.

“Medicina” xəbər verir ki, britaniyalı müğənni Robbi Uilyams etiraf edib ki, ona “XVII əsrin pirat xəstəliyi” – sinqa diaqnozu qoyulub.

Sənətçi iştahkəsici həblərin köməyi ilə arıqlamaq qərarına gəldiyini açıqlayıb.

"Mən yemək yemədim və ya qida qəbul etmədim. Ona görə C vitamini çatışmazlığı yaranıb”.

O, 12 kq çəki itirib, çox arıqlayıb, uzun illərdən sonra ilk dəfə depressiyasının yenidən pisləşdiyini də etiraf edib. Sənətçi bu diaqnozu da pəhrizi ilə əlaqələndirib.

O, hər hansı dərmanı qəbul etdiyini açıqlamadı, lakin People dərgisi xatırladır ki, 2023-cü ildə Ozempicdən istifadə edib.

Əvvəllər bildirildiyi kimi, həkimlər balanssız qidalanma səbəbindən sinqa xəstəliyinin sayının artdığını bildiriblər. BMJ Case Reports-da dərc olunan araşdırmada mütəxəssislər “dənizçi xəstəliyinin” qayıdışını durmadan artan yemək xərcləri və böhranla əlaqələndirdilər.

Sinqa sağlam dəri, qan damarları, bağlar və güclü immunitet sisteminin saxlanması üçün zəruri olan C vitamini çatışmazlığından qaynaqlanır. Tarixən bu xəstəlik aylarla təzə meyvə və tərəvəz yeyə bilməyən dənizçilər arasında yayılıb.

Üstəlik, müasir risk faktorlarına yalnız pis qidalanma deyil, həm də siqaret və 1-ci tip diabet daxildir.


Aygün Musayeva