Məşhur Hollivud ulduzu Melissa Gelbert böcək sancması nəticəsində yaranan absess səbəbi ilə xəstəxanaya yerləşdirilib. Aktrisa başına gələnləri bölüşüb.
“Medicina” xəbər verir ki, sənətçinin sözlərinə görə, şişkinlik bütün qola yayılıb. Həkimlər absess və dərialtı toxumaların iltihabı olduğunu aşkar edib.
“İki gün əvvəl məni uçan həşərat (arı deyildi) dişlədi. Dünən gecə qolum inanılmaz dərəcədə şişdi və hərarət baş qaldırdı " – deyə, 59 yaşlı sənətçi bildirdi.
Aktrisa xəstəxanada keçirdiyi gecədən sonra özünü daha yaxşı hiss etdiyini qeyd edib. Ancaq onun fikrincə, hər şey yalnız həkimin sayıqlığı sayəsində yaxşı başa çatdı.
Melissa Gilbert izləyicilərini həşərat dişləməsindən sonra artan ağrı və şişkinliyə diqqət yetirməyə çağırıb.
Günay Quliyeva