Aktrisa Yelena Valyuşkinanın sözlərinə görə, koronovirus keçirdikdən sonra qeyri adi nəticələrlə üzləşdiyini bildirib.
Ulduz hətta tanınmış şəxslərin də adını unutmağa başlayıb.
“Medicina” xəbər verir ki, Valyuşkina yaddaş probleri ilə üzləşib. Tamaşalar zamanı aktrisa sözləri, adları və soyadları unutmağa başlayıb.
Hətta tanınmış şəxslərin və sənətçilərin adı və soyadı yaddaşından silinib.
“Bir insana baxıram, onu çox yaxşı tanıdığımı başa düşürəm, amma adı nədir? Bu mənim həyatımda heç vaxt olmamışdı "- deyə Valyuşkina bildirib.
Aktrisa 2020-ci ildə koronavirusdan əziyyət çəkib. O, özünü pis hiss etməkdən və "pis hisslərdən" şikayətləndi.
Hazırda Valyuşkina özünü yaxşı hiss edir. O, çəkiliş meydançasında necə işlədiyindən də danışıb. Aktrisa həvəskar tamaşaları sevmədiyini etiraf edərək, özünü tələbkar adlandırıb.
Xatırladaq ki, koronavirusdan sonra bir çoxları ayrı – ayrılıqda sağlamlıq problemlərindən şikayətləniblər. Nəyinki yaddaş və digər orqanlara təsiri nəticələri üzə çıxıb. Bu da immun problemlərindən irəli gəlir.
Günay Quliyeva