“Marvel” filminin ulduzu Qvinet Paltrou koronavirusun təsirlərinin müalicəsi də daxil olmaqla, bəzi sağlamlıq tövsiyələrini paylaşıb.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxmasından söz açan dünya ulduzu sağaldıqdan sonra süstlük və zəiflik hiss etdiyini bildirib. Aktrisanın sözlərinə görə, bundan xilas olmaq üçün xalq təbabətinə müraciət etməyə qərar verib. Xəstəlikdən qurtulmaq üçün Paltrou keto pəhrizi saxlayıb, oruc tutmağa başlayıb, şəkər və alkoqolu pəhrizdən çıxarıb.
Aktrisa müalicə metodunun nəticələrindən məmnun olduğunu söyləyib.
Ancaq İngiltərə Milli Səhiyyə Xidməti vətəndaşları aktrisanın tövsiyələrini praktikada istifadə etməməyə və ənənəvi tibb metodlarına riayət etməyə çağırıb. Qeyd olunub ki, koronavirus ciddi qəbul edilməli və elmi cəhətdən müalicə olunmalıdır.