Avstraliyalı aktrisa Nikol Kidman cavanlıq sirrini açıqlayıb.
Medicina.az publika.az -a istinadən xəbər verir ki, 50 yaşlı məşhur aktrisa dərisinə çox baxım etdirməyini, lakin gecələr retinol tərkibli kremlər istifadə etdiyini bildirib. Onun sözlərinə görə gün ərzində günəş qoruyucu və sink tərkibli kremlər də çəkir.
Sink nədir?
Hüceyrə metabolizmi, zülal istehsalı, yaraların sağalması və güclü immunitet sistemi üçün əsas mineraldır.
Sink ən çox qırmızı ət və dəniz məhsullarında olmaqla birlikdə badam, fıstıq kimi quru meyvələr, noxud lobya kimi tərəvəzlər də bu mineral ehtiyacını ödəməyə yetəcək qədər sink ehtiva edir.
Sink çatışmazlığı ilk olaraq immunitet sistemini zəiflədərək bədəni infeksiyalara və digər xəstəliklərə qarşı güzcüz edir. İştahasızlıq sink çatışmazlığının əsas əlamətidir.