Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aktiv həyat insultdan qoruyur

  • 2018.04.12 15:46
  • 13833 Baxış
Aktiv həyat insultdan qoruyur
Fiziki aktivlik ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda erkən ölüm riskini azaldır.

 

Medicina.az xəbər verir ki, Stenford universitetinin Tibb məktəbinin tədqiqatçıları bu qənaətə gəlib.



Alimlər "Biobank”ın uzun müddət apardığı araşdırma zamanı 482 min nəfərdən toplanmış məlumatları təhlil edib. Könüllülər  fiziki aktivlik göstəricilərini bildirib, onların bilək əzələlərinin gücü və bədən çəkiləri ölçülüb.


Bundan savayı 468 min iştirakçı genetik testdən keçib. Məlum olub ki, aktiv həyat tərzi ürəyin koronar xəstəlikləri, insult və ürək qulaqcığının fibrilyasiyası ehtimalını əhəmiyyətli dərəcədə azaldır.


Genetik baxımdan ürək-damar sisteminin pozuntularına meyilli olan insanlarda belə, mütəmadi fiziki hərəkətlər işemik xəsətlik riskini 49 faiz, ürək qulaqcığının fibrilyasiyası riskini isə 60 faizə qədər azaldıb.