Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla əfv olunan məhkumlar bundan sonra xüsusi karantin rejimində saxlanılacaq.
Əfv olunan MTN generalları Akif Çovdarov və Sübahir Qurbanov koronavirus riskinə görə karatinə alınıb.
Medicina.az xəbər verir ki, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin avtomobili ilə çıxarılaraq karantinə aparılıb.
Hər iki general səhhətinə görə əfvin icrası ilə bağlı tədbirdə iştirak etməyib.