İngiltərənin ən nüfuzlu elm adamlarından olan Tim Spektor günəşdən qoruyucu vasitələrdən istifadə ilə bağlı xəbərdarlıqlar edib.
Medicina.az xəbər verir ki, ölkənin aparıcı universitetlərindən biri olan "King's College"də genetik epidemioloq kimi çalışan və ZOE adlı sağlamlıq proqramının yaradıcılarından olan professor Tim Spektor “X”də günəş kremləri barədə paylaşım edib.
O, hər gün günəş kremindən istifadənin ciddi əks təsirləri olduğunu bildirib. İl boyu günəş kremindən istifadənin bədənin təbii müdafiə mexanizminə zərər verdiyini ifadə edən akademik bunun D vitamini çatışmazlığına səbəb olduğunu vurğulayıb.
Spektor D vitamini çatışmazlığının xərçəngin təkrarlanma riskini artırdığını qeyd edib.
Onun sözlərinə görə, günəşdən qoruyucu vasitələr bədəndə D vitamini istehsalını azaldır. Qış aylarında, Günəşdən gələn ultrabənövşəyi şüaların zərərinin az olduğu vaxtlarda belə SPF tərkibli kremlərdən istifadə edilməsi sağlamlıq problemlərinə səbəb olur.
Spektor D vitamininin demensiya və ürək xəstəliklərinin qarşısını aldığını, təzyiqi aşağı salaraq yuxu keyfiyyətini artırdığını xatırladıb. Bütün bunlara görə, akademik yalnız yay aylarında, çox isti havalarda günəşdən qorunmağı daha doğru hesab edib.
Aysel