Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Akademik Bexterevi niyə zəhərləyib öldürüblər?

  • 2024.01.27 19:26
  • 1353 Baxış
Akademik Bexterevi niyə zəhərləyib öldürüblər?

Dünyaca məşhur, beyin alimi, neyrofizioloqun ölümü barədə maraqlı fərziyyə və faktlar tapılıb.


“Medicina” xəbər verir ki, Valeriya Novoselova “Leninin ölümü” kitabında sənədlər və şahidlərə əsaslanaraq, Bexterevin Leninə görə öldürüldüyünü irəli sürüb. Belə ki, alimi sovet liderinin ölüm səbəbi və diaqnozu barədə məxfi materialları üzə çıxarmaması üçün zəhərləyib öldürüblər.
Kitabda yazılıb: XX əsrin dahi neyrofizioloquu 1927-ci ilin dekabrında, Yeni ilə az qalmış zəhərləyiblər.


Həmin ay alim I Ümumsovet nevropatoloq və psixiatrlarının qurultayında çıxış etməli idi.
O, arvadı ilə Moskvaya gəlib, professor Blaqovolinin evində qalırdı.

Dekabrın 23-ü Bexterev öz məruzəsini etdi və qurultayın fəxri üzvü seçildi.

Həmin gün qurultayın iclasına rəhbərlik edib, axşam isə Böyük Teatrda “Qu quşu gölü” baletinə baxıb. Həmin gün hər şey əla idi və o, özünü yaxşı hiss edirdi.

Amma gecə Bexterevin qarnında güclü ağrı başlayıb və 24 dekabrda xəstəxanaya aparılıb. 3 professorun müayinəsi, müalicəsi effekt vermir, ürək getdikcə zəifləyir. Simptomlar o qədər sürətlə, toksikoinfeksiyada olduğu kimi ildırım sürətilə inkişaf edir və alim həmin gün gecə vəfat edir.


Həkimlərin ilkin rəyinə görə, onda arsenol (mışyakla) zəhərlənməyə bənzər əlamətlər var idi.
Alimin nəşi yandırılaraq kremasiya edilib və xüsusi qabda öz beyin muzeyi və mərkəzində saxlanılıb.

Aygün Musayeva