Piraqov adına Tibb universitetinin rektoru Sergey Lukyanov spondiloartrit- Bexterev xəstəliyinə qarşı yeni dərmanı öz üzərində sınayıb.
“Medicina” xəbər verir ki, o Rusiyada Bexterevə qarşı yeni nəsil dərmanın hazırlanmasında da iştirak edib.
İndi preparatın 3-cü klinik sınaqları keçirilir.
Alim özü Bexterevdən əziyyət çəkir. Onun 3 uşağından 2-də genetik olaraq bu xəstəlik riski var.
“Mən öz təcrübəmdə sübut etdim ki, yeni döərman işləyir, təsirlidir və müsbət dinamika yaradır.
Dərman uzunmüddətli remissiya verir, ağrı sindromunu azaldır, hərəkətliliyi artırır.
Aygün Musayeva