Türkiyəli müğənni Ajda Pekkandan pis xəbər gəlib.
Medicina.az xəbər verir ki, bu barədə onun meneceri sosial şəbəkədə hesabında paylaşım edib.
O, pis xəbəri açıqlayaraq, Pekkanın əməliyyat olunduğunu bildirib.
Belə ki, 76 yaşlı müğənni evində bədbəxt hadisə ilə üzləşib.
Meneceri məşhur sənətçinin səhər saatlarında evində yıxıldığını və omba sümüyünün sınığı nəticəsində təcili əməliyyata aparıldığını paylaşıb.
Bununla da Pekkanın noyabrdakı konsertləri ləğv edilib.
Müğənninin pərəstişkarları “Göz dəydi”, “Bəd nəzərdir” kimi şərhlər yazıb.