Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağız qoxusu yaradan 6 SƏBƏB – Onlardan UZAQ DURUN

  • 2017.10.03 12:59
  • 13324 Baxış
Ağız qoxusu yaradan 6 SƏBƏB –  Onlardan UZAQ DURUN
Dəniz məhsullarının, sarımsağın, qəhvənin və diş əti xəstəliklərinin ağız qoxusuna səbəb olduğunu bilirsiniz.

 

Medicina.az ailem.az-a istinadən ağız qoxusu yaradan 6 səbəb barədə sizə məlumat verir:

 

1. Tıxanmış burun

 

Xəstəlik səbəbindən burundan nəfəs almırsınızsa, ağzınızdan nəfəs alıb verməyə başlayacaqsınız. Bu, ağzınızdakı toxumaların qurumasına və ağız təmizləyicisi olan tüpürcək mayesinin azalmasına səbəb olur. Bu maye yemək qalıqlarını təmizləməklə bərabər, çürüyə səbəb olan turşuları neytrallaşdırır və bakteriyaları nəzarət altında tutmaq üçün təbii antiseptik vəzifə görür. Tüpürcək nə qədər az olarsa, bakteriya da o qədər artır. Bu da ağız qoxusu deməkdir. Bu mayenin artmasına yardım etmək üçün saqqız çeynəmək faydalı ola bilər.

 

2. Konfetlər

 

Bakteriyalar da şirin sevir. Jelibon, şirin şərab, hətta nanə konfeti belə yemək narahatlıq yarada bilir. Bakteriyalar şirin mühiti sevir və ağzınızda daha sürətlə yayılır. Buna görə diş həkimləri, şəkər yerinə şokolad yeməyi məsləhət görür. Çünki şokolad həm daha tez əriyir, həm də digər şirniyyatlara nisbətən şəkər səviyyəsi daha aşağıdır. Həmçinin tərkibindəki kalsium ilə diş minası üçün faydası da var.

 

3. Ağız yaxalama suyu

 

Bir çox ağız yaxalama suyunun tərkibində spirt var. Hətta tərkibindəki spirtin miqdarı 27 faizə qədər çata bilir. Bu da ağız quruluğuna və nanə tamı keçdikdən sonra pis bir qoxuya səbəb olur.

 

4. Karbohidrat qidalar

 

Aşağı karbohidrat və yüksək protein tərkibli bir yeməkdən sonra bədənin müxtəlif bölgələrində ammonyak istehsalı olur və nəfəs yolu ilə bayıra çıxır. Mütəmadi olaraq bu şəkildə qidalanmaq orqanizmin daim ammonyak istehsalı deməkdir. Bu da nəfəsdən çürük qoxusunun gəlməsinə səbəb olur.

 

5. Neqativ bakteriyalar

 

Ağızda yaşayan bütün bakteriyalar, adətən, neqativ bakteriya adlanır. Pis qoxulu bakteriyalar diş əti cizgisində törəyib dilin aralarına yerləşirlər. Diş ipi istifadə etmək bir çıxış yolu olsa da, digər bir seçim dilinizi fırçalamaqdır. Dil fırçalamaq ağız qoxusunu 70 faiz azaldır. Dilinizin hər yerini, xüsusilə də arxa qismini fırçalayın.

 

6. Narahatlıq

 

Ürəyiniz çox döyünür, əlləriniz titrəyir və stresslisinizsə, əmin olun ki, ağzınız da pis qoxuyur. Səbəb isə qurumuş ağızdır. Dərin nəfəs almaqla yanaşı bir az su içərək, ağzınızı təzələməlisiniz.