Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın gözlədiyi əməliyyat niyə baş tutmadı? - İlginc səbəb

  • 2019.02.21 09:09
  • 20886 Baxış
Dünyanın gözlədiyi əməliyyat niyə baş tutmadı?  -  İlginc səbəb

Dünyada ilk dəfə insan başı transplantasiyası əməliyyatı 2018-ci ilin dekabr ayına planlaşdırılsa da əməliyyat baş tutmayıb. 


Medicina.az xəbər verir ki, dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero həyata keçirməli idi.

 

Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. 


Əməliyyata qədər qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirib. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. 


Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-a köçüb. Hal-hazırda o Floridada yaşayır.

 

Müsahibələrinin birində o evləndiyini və övladının doğulduğunu bildirib. Uşaq tamamilə sağlamdır. Həkimlər bildirirlər ki, uşaq yalnız Spiridonovun həyat yoldaşı Anastasiyanın zədələnmiş genləri vasitəsilə miodistroyaya yoluxa bilərdi.

 

Kanabaro ilə münasibətindən söhbət açan Spiridonov neyrocərrahın işlərinin niyə yolunda getməyini bilmək istədiyini qeyd edib. O baş transplantasiyası əməliyyatının uğurla həyata keçirilməsini arzuladığını da qeyd edib.  


Arzu

Medicina.az

Dünyanın gözlədiyi əməliyyat niyə baş tutmadı?  -  İlginc səbəb