Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ailəsi koronavirusa yoluxan 1 yaşlı körpə kar oldu

  • 2021.09.11 15:40
  • 2457 Baxış
 Ailəsi koronavirusa yoluxan 1 yaşlı körpə kar oldu

Novosibirsk şəhərində bütün ailə üzvləri koronavirusa yoluxub evdə müalicə alan 1 yaşlı körpənin qulağı kar olub . Onun eşitmə orqanının qısa müddətdə sıradan çıxmasının səbəbi valideynləri və həkimləri düşündürür.


Həkimlər uşaq körpə olduğu üçün ondan kovid analizi götürməyiblər. Lakin sonrada o da qrip olub və həkimlər ona bəzi dərmanlar, eləcə də antibiotik təyin ediblər.


Medicina.az xəbər verir ki, valideynlər günahı həkimlərin məsuliyyətsizliyində görür.

Doğulandan ürək qüsurlu olan və əməliyyat olunan 1 yaşlı körpə ailəsi ilə birgə kovidə yoluxur, pediatr ona antibiotiklər təyin edir. Lakin hamı sağalandan sonra anası uşağın əvvəlki kimi çağırış və səslərə, adına reaksiya vermədiyini görürlər. Uşağın eşitməsini yoxladanda məlum olub ki, o tamam kardır.


“Uşaq qızdırmadan huşunu itirir, qıcolmalar olurdu. Təcili yardım onu reanimasiyaya apardı, orda ona gündə 2 dəfə antibiotiklər vururdular. Ordan çıxandan sonra hiss etdim ki, uşaq səsləri eşitmir. Heç bri bərk qışqırıq, it səsinə beə reaksiya vermir”.


Uşaın bir qulağına müasir implant qoyulub, indi o bu qulağı ilə 30-40% eşidir.
Həkimlər güman edir ki, körpə zəif olduğu üçün koronavirus onun beyninə ciddi təsir edə bilərdi.