Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ailəliklə Kəskin Respirator Virus İnfeksiyalarından necə qorunaq?

  • 2023.01.11 13:22
  • 2893 Baxış
Ailəliklə Kəskin Respirator Virus İnfeksiyalarından    necə qorunaq?

Hər bir mövsüm dəyişikliyi özlüyündə mövsümə uyğun xəstəliklərin aktivləşməsinə səbəb olur. Payız-qış mövsümündə əhali arasında ən çox yayılan kəskin respirator xəstəliklərdir.

Kəskin respirator xəstəliklərin böyük bir qrupu viruslar tərəfindən törədilir: qrip, paraqrip, adenovirus, rinovirus, koronavirus və digər infeksiyalar. Hazırda hər bir evdə KRVİ ilə xəstələr var.

Xəstəlik qızdırma, halsızlıq, asqırma, öskürək, boğazda ağrı və s.-lə özünü biruzə verir. Ailədə bir nəfərin yoluxması digərlərinin də yoluxmasına səbəb olur. Əsasən uşaqlar və yaşlılar arasında təkrari yoluxmalar və ya xəstəliyin ağırlaşması müşahidə olunur. KRVİ- yə yoluxma hər hansı xroniki xəstəliyi olan xəstələrdə kəskinləşmələrə, residivlərə səbəb olur. Hamilələrin yoluxması da təhlükəlidir.

Məhz, Engystol və Gripp- heel preparatları immun sisteminin qeyri- spesifik müdafiə mexanizmlərini aktivləşdirərək sizi virus infeksiyalarından qoruyacaq!

KRVİ - dən qorunmaq, həmçinin müalicə üçün şəxsi apteçkanızda bu preparatların olması kifayətdir!

Bu preparatlar Almaniya istehsalıdır, təbii tərkiblidir, nanodozalardadır, heç bir əlavə təsiri və əks göstərişi yoxdur. Hamilələr, süd verən analar, qocalar, hər yaşda uşaqlar istifadə edə bilər.


ENGYSTOL
FARMAKOLOJİ TƏSİRİ:

• İnterferon sintezini stimulə edir
• Virusların replikasiyasını inhibə edir
• Qranulositlərin faqositar aktivliyini stimulə edir

GÖSTƏRİŞ:

Virus infeksiyaları:


• Qrip
• KRVİ
• Herpes
• Qızılca
• Su çiçəyi
• Kəskin və latent virus infeksiyaları (HSV, CMV)
• Hamilələrdə virus infeksiyaları
• Papilloma
• Virus hepatitləri



GRİPP-HEEL
FARMAKOLOJİ TƏSİRİ:


• İMMUNMODULƏEDİCİ
• İLTİHABƏLEYHİNƏ
• VİRUSƏLEYHİNƏ (QEYRİ-DÜZ)


GÖSTƏRİŞLƏR:

• KRVİ (qrip, paraqrip, adenovirus və s.)
• Herpes infeksiyası

• Qızdırma və intoksikasiya ilə gedən digər infeksion xəstəliklər (otit, bronxit, traxeit, angina, uşaq infeksiyaları və s.)
• Qrip və digər KRVİ-nin profilaktikası

Gripp-heel + Engystol

• Xəstəliyin simptomlarını aradan qaldırır: profilaktika və ya KRVİ-nin ilk əlamətləri zamanı Gripp-heel+ Engystol
preparatlarından istifadə etdikdə xəstəliyə yoluxmanın, kəskin simptomların inkişafının və ağırlaşmaların qarşısını alır.

• İmmun sistemini gücləndirir: Gripp-heel+Engystol qranulositlərin aktivliyini 41% artırır.
• İkincili infeksiyaya yoluxmanın qarşısını alır, ağır fəsadların inkişaf riskini azaldır.



Ədəbiyyat:

1. Herzberger G, Weiser M. Homeophatic Treatment of Infections of Various Origions. A Prospective Study. Biomedical Therapy 1997, Vol XV No 4. 123-127

2. Heilmann A.A. Combination Injection Preparation as a Prophylactic for Flu and Common Colds. Biological Therapy 1994, Vol VII, No 4. 249-253.

3. Torbicka E. Brzozowska-Binda A., Wilczynski J., Uzerowicz A. RSV Infections in Infants. Therapy with a Homeopathic Preparation. Biomedical Therapy 1998, Vol. XVI, No 4. 256-260