Leykemiya – qan xərçəngi statistikaya baxdıqda daha çox 3-7 yaş arası uşaqlarda akrtivləşir və diaqnoz olunur.
Bakıda bu xəstələr üçün xüsusi olaraq Hemotologiya instititunda şöbə fəaliyyət göstərir.
Qan xərçənginin risk faktorları müxtəlifdir.
“Medicina” xəbər verir ki, BTV-nin HəkimPostu professor Mireldar Babayev stres və qorxunun da təsirindən danışıb.
“Mən illərdir müşahidələrim və təcrübəm əsasında deyə bilərəm ki, sağlam uşağın birdən-birə leykemiya olmasının əsasında həmişə olmasa da bəzi hallarda güclü qorxu və stress dayanır. Mən valideyndən soruşuram, necə oldu ki, bu uşaq xəstələndi, nədən sonra oldu, nə deyirlər: rayona getmişdik ilandan, itdən heyvandan qorxdu, ya qəza oldu qorxdu, ya qaranlıqda nədənsə qorxdu, ondan sonra rəngi saralmağa başlayıb. Buna oxşar misallar var. Məndə bir fikir yarandı ki, stress faktorunun rolu var. Mən sizə danışıram, 20 il əvvəldən. Sonradan xarici elmi mənbələr araşdırmalar bunu sübut etdi.
Stress, qorxu halında immuniteti qəfil aşağı salır. Bu zaman immun hüceyrələr zəifləyir, o anda da xərçəng hüceyrələri aktivləşir.
Eləcə də mən düşünürəm ki, psixoloji gərgin münaqişəli ailələrdə, evdə baş verən hər hansı mübahisə, qışqırma və hətta ana ilə ata arasında olan şiddətli münaqişəı xüsusən azyaşlı uşaqlarda qorxu yaradır. Bu faktoru da araşdırmaq lazımdır”.
Aygün M
Ətraflı BTV HəkimPostunda izləyin