Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində qeyri-adi hadiəs baş verib. Əliyev Elnur (ad soyad şərtidir) və həyat yoldaşı Əliyeva Nərgiz kirayədə yaşadıqları mənzilin sahibəsinin sifarişi ilə uşaq dünyaya gətirib.
Medicina.az goldnews.az -a istinadən xəbər verir ki, uşaq dünyaya gəldikdən sonra, ailə yeni doğulmuş körpəsini ev sahiblərinə satıb. Ev sahibi ilə razılığa gələn ailənin 9 ay müddətində bütün xərcləri qarşılanıb. Uşağını satan ana və ata isə aldıqları pulla 2 sot torpaq sahəsi alıblar.